AZ

Azərbaycan çempionatının rəmzi komandası müəyyənləşdi

BAKI, 25 aprel. TELEQRAF

Kişi voleybolçuların Yüksək Liqasının ən yaxşı oyunçuları və rəmzi komandası (“Dream team”) bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Məlumata görə, bu gün Milli Gimnastika Arenasında keçirilən final qarşılaşması ilə Azərbaycan çempionatına yekun vurulub.

Oyundan dərhal sonra qalib komandalara medal və kuboklar təqdim olunub. Həmçinin Yüksək Liqanın ən yaxşı oyunçuları və rəmzi komandası müəyyənləşib.

Mükafatları Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev təqdim edib.

Kişi voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular:

“Ən dəyərli oyunçu” (MVP) – Sergey Platanenkov (“AZERRAIL”)

“Ən gənc və perspektivli oyunçu” - Zamiq Mayılov (“Gənclər”)

Rəmzi komanda:

“Ən yaxşı toppaylayıcı” – Roman Yegorov (“AZERRAIL”)

“Ən yaxşı hücumçu” – Baetens Seppe (“Murov Az Terminal”)

“Ən yaxşı hücumçu” – Mohammadhossein Charklouei (“AZERRAIL”)

“Ən yaxşı libero” – Nihad Qasımov (“AZERRAIL”)

“Ən yaxşı orta oyunçu”– Aleksey Samoylenko(“Murov Az Terminal”)

“Ən yaxşı orta oyunçu”– Almora Gustava (“Xilasedici”)

“Ən yaxşı diaqonal oyunçu” - Nikita Alekseev (“Murov Az Terminal”).

Seçilən
16
teleqraf.com

1Mənbələr