Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda çempionluğu təmin etmiş PSJ doğma meydanda “Nitsa” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
31-ci tur
25 aprel
PSJ – Nitsa 1:3
Qollar: F.Ruis, 41 – Sanson, 34; 46. Ndayişimiye, 70.
26 aprel
19:00. Strasburq – Sent Etyen
21:00. Havr – Monako
23:05. Olimpik (Lion) – Renn
27 aprel
17:00. Anje – Lill
19:15. Lans – Oser
19:15. Monpelye – Reyms
19:15. Nant – Tuluza
22:45. Olimpik (Marsel) – Brest