Ticarət gərginliyi qlobal iqtisadi artımı və maliyyə sabitliyini aşağı salmaq təhlükəsi yaradır.
"Report"un xəbərinə görə, bunu Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) sədri, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədan Beynəlxalq Valyuta Fondunun (BVF) bu idarəetmə orqanının ikigünlük iclasının yekunlarına dair bəyanatında deyib.
"İllər boyu artan ticarət narahatlıqlarından sonra ticarət gərginliyi kəskin şəkildə artdı, qeyri-müəyyənlik, bazar dəyişkənliyi, böyümə və maliyyə sabitliyinə risklər əlavə etdi. Dezinflyasiya davam edərkən, lakin daha yavaş templə artımın yaxın müddətdə yavaşlayacağı proqnozlaşdırılır", - o söyləyib.