Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya getməzdən əvvəl ABŞ prezidenti “bir çox xarici liderlərlə görüşəcəyini” bildirib.
ABŞ prezidenti Donald Tramp Romada Vladimir Zelenski ilə görüşəcəyini istisna etmir.
Tramp Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya getməzdən əvvəl jurnalistlərə deyib ki, o, “bir çox xarici liderlərlə görüşəcək”. Zelenski ilə görüş keçirib-keçirməyəcəyi ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Bu, mümkündür”. Lakin o, heç bir təfərrüat verməyib.
Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib