AZ

Hikmətin ifadəsi, ifadənin hikməti... - Zaur Əhməd yazır

İnsanları bir-birinə yaxınlaşdıran, qohum, dost, yoldaş edən bağlar olur. Amma elə bağ var ki, heç bir əlaqən olmadan yad biri ilə könül bağın olur....

11 yaşımdan bəri harda bir şəhid balası, şəhid yoldaşı, qazi, döyüşçü görəndə özümdən asılı olmadan özümə yaxın hiss etmişəm. Sanki onlarla aramda hansısa doğmalıq bağı var.Çox sonralar anladım ki, bizim aramızdakı bağ yara bağıdır. Aşağı-yuxarı hamımızın yarası var. Hərənin yarası bir cür sızlasa da, eyni dərddir, eyni yaradır. İçin-için sızlayan, xısın-xısın ağlayan yara. Doğrudur, bu yaralar qələbədən sonra qaysaqlayıb, amma bəzən qoparılırmış kimi göynəyir. Özü də bizdən birinin yarasını görəndə, bizim kimi yaralının dərdini dinləyəndə təzələnir, ilk günlərdəki kimi göynəyir. İş ordadır ki, daha ağlayıb düşmən sevindirmək də istəmirik. Tay bizə ağlamaq da olmaz, heç yaraşmaz da...

Dünən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin növbəti məhkəmə iclası keçirilib və bir sıra zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş qismində ifadə verənlərdən biri də tanınmış qarabağlı jurnalist Hikmət Sabiroğludur. Hikməti çoxdan tanıyıram. Şəxsiyyəti ilə qələmi üst-üstə düşən azsaylı həmkarlarımdandır. Nadir halarda tədbirlərdə rastlşaram, uzaqdan-uzağa salamlaşarıq, vəssəlam. Amma onunla yaradaş, yəni, eyni yara sızıntısı çəkdiyimizi hiss etmişəm. Ona hörmətimin birə iki artıran da məqamlardan biri də elə budur.
Onun məhkəmədəki ifadəsini oxuyandan sonra xeyli təsirləndim. İnanın ki, içimdən keçənlərin heç bir faizini belə ifadə etməyə qələmimin gücü çatmır. Bəzi hisslər yalnız ruhən duyulur, onu cismani ifadə etmək mümkünsüzdür. Bir ifadənin bu qədər hikmətimi olar?

Hikmət deyir ki: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər.Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”.
Bəli. Heç kim onu dərindən yaralayanı bağışlaya bilmir. Bizə xalq olaraq, zülm edən, əlini insanımızın qanına batıran, namusumuza toxunan, minlələ qadını başsız, uşağı atasız qoyan, bizi illərlə yurd-yuvamızdan edən bir düşməni bağışlamaqmı olar?

Hikmət qardaş, hərənin yarası özünə daha ağrılı gəlir. Biz də bağışlamırıq. O qədər haqısan ki... Ananın nisgilli dünyadan köçməyi səni necə yaralayıbsa, əli-qolu bağlı qarşında dayanan miskin varlıqları Allaha da həvalə etməyə ürəyin gəlmir.

Seçilən
64
4
aznews.az

10Mənbələr