Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobili partlayıb.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Yaroslav Moskalik ölüb.
“Baza” Teleqram kanalı yazıb ki, avtomobil partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.