AZ

“Unutmayın ki, Amerika Yeltsini, Yeltsin isə Putini hakimiyyətə gətirib...”

“Ukrayna müharibəsi  Rusiyanın əliylə AB-ni dağıtmaq üçün Birləşmiş Ştatların analitik mərkəzləri tərəfindən qurulan geo-siyasi oyundur və bir az da uzansa, AB dağılacaq...”
 
Birləşmiş Ştatların artıq sayılı günlər sonra yüzgünlüyü tamam olacaq prezidenti Donald Tramp hakimiyyətə gəlməmiş vəd etdi ki, Ağ Evə daxil olan kimi Ukrayna savaşını cəmi bir sutkaya – 24 saata dayandıracaq. Amma 3 ay dan çox vaxt keçdi və heç, gördüyümüz kimi, Pasxa günündə Putinin elan etdiyi 30 saatlıq “atəşkəs”i  cənab Tramp 24 saat ərzində də saxlada bilmədi- dərhal Rusiyanın özü tərəfindən pozuldu. Belə görünür ki, ABŞ lideri  9 mayadək də bu sahədə ciddi bir iş görə bilməyəcək...
 
Siyasi analitik Tahir Cəfərli mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları dilə gətirib:
 
“Əvvəla onu deyim ki, üç ay müddətində ABŞ prezidenti  Donald Trampın  gördüyü işlər və ölkəyə gətirdiyi faydaları hesablasaq, ona qədər olan prezidentlərinin hamısı onun etdiyinin onda birini etməyiblər...  
 
Keçək Ukraynada sülhün bərpasına... Dərinə getsək, bu sülh Trampın iqtisadi marağında ola bilməz... Ukrayna müharibəsi 14-cü ildən başlayıb və bu müharibəni dəstəkləyən və maliyyələşdirən ABŞ və NATO ölkələridir... Əgər ABŞ tarixini  ciddi öyrənsək, görərik ki, bu ölkə müharibəsiz yaşaya bilməyən ölkədir. Törətdiyi, ancaq özünün birbaşa qatılmadığı yüzlərlə müharibə onu fövqəl və bu saat ən güclü  iqtisadiyyata sahib dövlətə çevirib... 
 
Müasir dövrdə isə ABŞ-ın əsas rəqibi Avropa Birliyidir. Əgər ABŞ bu ölkələr birliyini dağıtmasa, özü dağılacaqdır...
 
Ukrayna müharibəsi  Rusiyanın əliylə AB-ni dağıtmaq üçün Birləşmiş Ştatların analitik mərkəzləri tərəfindən qurulan geo-siyasi oyundur və bir az da uzansa, AB dağılacaq. Bizə elə gəlir  ki, Tramp da bunu gözləyir. Onu da qeyd etməliyik ki,  ABŞ lideri istəsə, bu saat müharibəni dayandırar... 
 
Rusiyanın da müharibəni dayandırmaq geo-siyasi marağında deyil. Bu müharibə nəticəsində Rusiya SSRİ-dən qalma, konservasiya olmuş hərbi sənaye kompleksini bərpa etməklə qüdrətli ölkəyə çevrilməkdədir. Nəzərinizdən qaçmasın ki, ABŞ Yeltsini, Yeltsin isə Putini hakimiyyətə gətirib...”
 
Seçilən
19
50
moderator.az

10Mənbələr