Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
İdman.biz xəbər verir ki, "Qalatasaray" "Konyaspor"un qonağı olub.
Bir oyundan ibarət mərhələdə son Türkiyə çempionu inamlı qələbə qazanıb. Fasiləyə kimi iki dəfə fərqlənən Okan Burukun komandası ikinci hissədə daha 3 qol vurub. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. "Qalatasaray" ilk finalçı olub.
Qeyd edək ki, sabah keçiriləcək digər oyunda "Trabzonspor" və "Göztəpə" qarşılaşacaq.
Türkiyə kuboku
Yarımfinal
22 aprel
"Konyaspor" - "Qalatasaray" - 1:5
İdman.biz