AZ

Ceko “Fənərbağça”dan GEDİR

Mövsümün sonunda "Fənərbağça" ilə müqaviləsi başa çatan Edin Cekonun gələcəyi müəyyənləşmək üzrədir.

Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi bosniyalı hücumçu ilə vidalaşmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Fənərbağça" 39 yaşlı futbolçuya yeni müqavilə təklif etməyəcək. Təcrübəli forvardla İtaliya klublarının maraqlandığı bildirilir.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. Tücrübəli hücumçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
29
16
bizim.media

10Mənbələr