Rusiyanın Kursk vilayətində "APZ-20" zavodunda baş verən yanğının sahəsi 17 min kvadratmetrə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Konstruksiyalar qismən dağılıb. Xilasetmə qrupu 100 işçi və 30 ədəd texnikaya qədər artırılıb", - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda yanğın lokallaşdırılıb.
Hadisə şahidlərinin məlumatına görə, yanğın təkər sexinin sahibinə kirayəyə verilən binada baş verib.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn binanın tamamilə yandığını bildirsə də, yaşayış binaları üçün hər hansı təhlükənin olmadığını vurğulayıb.