“Regional aktyorlar Suriyada Türkiyənin səbrini sınamamalıdır. Ankara Suriyanın bölünməsinə imkan verməyəcək.” Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Kim Suriyanın sülh və sabitliyə nail olmasına imkan verməyəcəksə, biz onlara qarşı duracağıq və Suriya hökumətinin yanında olacağıq. Suriyanın terror dəhlizi ilə bölünməsinə imkan verməyəcəyik. 8 dekabr inqilabı ilə bu ölkədə yeni bir dövr başladı”. “Suriya bərpa olunanda və sabitlik və əmin-amanlıq əldə etdikdə regionumuzun bütün xalqları bundan faydalanacaq”, – Türkiyə lideri bildirib.
2024-cü il noyabrın sonlarında Suriya müxalifətinin silahlı qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçərək dekabrın 8-də Dəməşqə daxil olub. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa yanvarın 29-da Suriyanın müvəqqəti prezidenti elan edilib.