Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
“Report”un məlumatına görə, xəsarət alan üç nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
21:57
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.