Ucarda minik maşını yük maşınına çırpıldı, yaralılar var. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Alpout kəndi istiqamətindən keçən Bakı-Qazax avtomagistralında baş verib. "Mersedes" markalı avtomobilin "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər Gəncə sakini çoxsaylı bədən xəsarətləri alıb. 1977-ci il təvəllüdlü Səyyub Allahverdiyev, 1967-ci il təvəllüdlü Aygün Məmmədova, 1998-ci il təvəllüdlü Fərəhxanım Hüseynova və 1983-cü il təvəllüdlü Tural Hüseynov rayon xəstəxanasına çatdırılıb.
Daha sonra durumu ağır olan Səyyub Allahverdiyev və Tural Hüseynov Göyçay xəstəxanasına köçürülüb. Faktla bağlı araşdlrma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta