Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhan ölkənin Pakistanla münaqişə zamanı bir neçə təyyarəsini itirdiyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
General İslamabadın Pakistan hərbçilərinin Hindistanın 6 təyyarəsini vurması ilə bağlı açıqlamalarını “tamamilə yanlış” adlandırıb. Buna baxmayaraq, nə qədər təyyarə itirdiklərini açıqlamayıb.
Qeyd edək ki, 7 may gecəsi sərhəddə hava qüvvələrinin toqquşması baş vermiş, Pakistan Hindistanın 5 qırıcısı və onlarla PUA-sını məhv etdiyini açıqlamışdı.