AZ

Hindistan ilk dəfə Pakistanla döyüşlərdə təyyarə itkisini təsdiqlədi

BAKI, 31 may. TELEQRAF

Hindistan ilk dəfə olaraq, 2025-ci ilin mayında Pakistanla döyüşlərdə təyyarə itkilərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan “Bloomberg”ə müsahibəsinə məlumat verib .

Qərargah rəisi Hindistanın döyüşlərdə nə qədər təyyarə itirdiyini deməkdən imtina edib: “Niyə düşdülər, hansı səhvlərə yol verildi - bu vacibdir. Rəqəmlər önəmli deyil”.

Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinin Hindistana məxsus 6 döyüş təyyarəsini vurduğunu bəyan edib.

Seçilən
0
17
teleqraf.com

10Mənbələr