Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbirütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli azyağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdəzəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti,dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.