AZ

Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb

Bakı şəhəri Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
0
10
apa.az

10Mənbələr