AZ

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

​BAKI, 31 may. TELEQRAF

Mayın 30-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Seçilən
0
39
teleqraf.com

10Mənbələr