Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib.
Operativ Media xəbər verir ki, Azərbaycan millisi bu mərhələdə Monteneqro ilə qarşılaşıb.
2-1 hesabı ilə qalib gələn Elşad Quliyevin yetirmələri finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisi finalda Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.