Bakı. Trend:
Cari ilin aprel ayının sonuna Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,904 milyard manat təşkiledib.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, ortasahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi cari ilin martayının sonu ilə müqayisədə 66 milyon manat və ya 3,3% azalıb.
Belə ki, mart ayının sonunda Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,970 milyard manatidi.
Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycandafəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə17,7 milyon manat və ya 0,12% çoxdur. Belə ki, cari ilin martayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların bizneskredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.
Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondlarıhesabına formalaşan kreditlər təşkil edib.
Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyətgöstərən orta sahibkarlıq subyektlərinin sayı 4,1 min ədəddir. Ölkəüzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1%-ini ortasahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,6%), “Tikinti”(15,4%), “Emal sənayesi” (11,3%) və “Peşə, elmi və texnikifəaliyyət” (4,9%) sahələrində yaradılıb.