AZ

Apreldə iri sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin aprel ayının sonuna Azərbaycanda iri sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 8,399 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, cariilin mart ayının sonu ilə müqayisədə 38 milyon manat və ya 0,5%çoxdur.

Belə ki, martın sonunda Azərbaycanda iri sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 8,361 milyard manatidi.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycandafəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə17,7 milyon manat və ya 0,12% çoxdur. Belə ki, cari ilin martayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların bizneskredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.

Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondlarıhesabına formalaşan kreditlər təşkil edib.

Xatırladaq ki, cari ilin bir aprel tarixinə olan məlumatlaragörə, Azərbaycanda 867 ədəd iri sahibkarlıq subyekti fəaliyyətgöstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının0,4%-ini iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsashissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5%), “Emalsənayesi” (13,6%), “Tikinti” (13%) və “Nəqliyyat və anbartəsərrüfatı” (6,9%) sahələrində yaradılıb.

Seçilən
0
7
az.trend.az

10Mənbələr