AZ

Minifutbol üzrə dünya çempionatı: Yarımfinal mərhələsinə start verilir

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək.

Operativ Media xəbər verir ki, Azərbaycan millisi bu mərhələdə Monteneqro ilə qarşılaşacaq. Matç saat 20:00-da start götürəcək.

Digər yarımfinal görüşü isə Macarıstan və Serbiya milliləri arasında keçiriləcək. Bu qarşılaşma isə 21:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 final mərhələsində son dünya çempionu Rumıniyanı, 1/4 final mərhələsində isə İngiltərə millisini məğlub edib.

Seçilən
0
50
operativmedia.az

10Mənbələr