AZ

Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO

lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Qəzənfər Məsimoğlunun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin kitabları oxucuların marağına səbəb olub.

Şair, əsasən, sevgi, vətən mövzusunda şeirlər yazıb. Səkkiz kitab müəllifi olan şairin sayca doqquzuncu şeirlər kitabı çapdadır.

O, "Əngirəvan kəndinin şəcərələri", "Kimin yoxsa məhəbbəti", "Mən gözəllik aşiqiyəm", "Açıl, sabahım, açıl", "Sevgisiz ömür olmur", "Sinəmdə bir ocaq yanır" və "Şuşa səvincim" adlı kitablarında ülvi hissləri qələmə alıb.

Qəzənfər Məsimoğlu Prezident təqaüdçüsüdür.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.






Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
22
bizim.media

10Mənbələr