AZ

Şair Rüxsarə Adilqızının imza günü - FOTO

lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Rüxsarə Adilqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin "Yollar məni yurda apar", "Vətən adlı sevgilim", "Tarix yazan 44 gün" və "Üzü vətənə sarı" şeir kitabları oxuculara təqdim olunub.

Şairin şeirlərinin əsasını vətənpərvərlik mövzusunda yazılan poeziya nümunələri təşkil edir.

Əslən Qərbi Azərbaycandan olan şair öz əsərlərində vətən həsrəti, vətən nisgilini qələmə alıb.

Rüxsarə Adilqızı "Qızıl qələm" mükafatı və "Türk Xalqları Birliyi" medalına layiq görülüb.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.










Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
22
bizim.media

10Mənbələr