AZ

Ukrayna PUA-ları Rusiya səmasını zəpt edib

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 28-də Moskva vaxtı ilə saat 20:00-dan etibarən hava hücumundan müdafiə sistemləri Ukraynanın 48 təyyarə tipli pilotsuz təyyarəsini vurub.

Məlumata görə, PUA-ların əksəriyyəti – 30-u Belqorod vilayətinin ərazisində vurulub. Oryol və Ryazan vilayətləri və Krım üzərində dörd, Moskva vilayətində üç, Bryansk vilayətində iki və Tambov vilayəti üzərində bir pilotsuz təyyarə məhv edilib. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da bildirib ki, itki və dağıntı yoxdur.

Moskvada Vernadski prospektindəki binalardan birinin yaxınlığında PUA vurulub. Şəhərin meri Sergey Sobyanin bildirib ki, fövqəladə hadisə yerində tələfat və ciddi dağıntı yoxdur. Belqorod, Oryol, Ryazan və Tambov vilayətlərinin, eləcə də Krımın hakimiyyət orqanları gecə hücumları ilə bağlı hələlik şərh verməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
32
editor.az

10Mənbələr