İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Müstəqillik Gününüz mübarək, Azərbaycan! Bu önəmli günü sizinlə birlikdə qeyd edirik - ölkənizin yolunu, gücünü və nailiyyətlərini alqışlayırıq. Xalqlarımız arasında sülh, rifah və dostluğun davamlı olmasını arzulayırıq”, - paylaşım bildirilib.