İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Moskvada Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevlə görüşüb .
Publika.az bu barədə İslam Respublikası səfirliyinin "Telegram" kanalına istinadla xəbər verir.
Görüş zamanı tərəflər iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əsas sazişlərin icrasının gedişinə xüsusi diqqət yetirilib.