AZ

İranın Təhlükəsizlik Şurasının katibi Patruşevlə görüşdü

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Moskvada Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiyadakı səfirliyinin "Telegram" kanalında yazılıb.

Görüş zamanı tərəflər iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

Görüş zamanı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əsas sazişlərin icrasının gedişinə xüsusi diqqət yetirilib.

Seçilən
0
2
unikal.az

10Mənbələr