AZ

Osimhen yeni mövsümdə bu klubda oynayacaq -

İcarə əsasında "Qalatasaray"da çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhen “Əl-Hilal” klubuna transfer olmaq üzrədir. Metbuat.az xəbər verir ki, Osimhenin “Əl-Hilal”la danışıqları məhsuldar alınıb. Bildirilir ki, Osimhen “Əl-Hilal”dan illik 18 milyon avro tələb edib. Onun potensial qazancı isə mövsümdə 20 milyon dollara qədər ola bilər. Viktor Osimhen şəxsən “Əl Hilal” rəhbərliyinə Səudiyyə klubuna keçmək istədiyini bildirib. Tərəflər arasında razılıq əldə olunduğu irəli sürülür.

Qeyd edək ki, Viktor Osimhen ilə “Napoli” arasında gərginlik futbolçunun Səudiyyə Ərəbistanına transfer olmaq istəməsi ilə bağlı başlayıb. Transfer baş tutmasa da, Osimhen “Napoli”də oynamayıb və o, bir illik "Qalatasaray"a icarəyə verilib.

Seçilən
0
39
metbuat.az

10Mənbələr