AZ

Azərbaycanda ödəniş kartlarının sayı 21 milyona yaxınlaşır

Bakı. Trend:

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonundadövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 minədəd artaraq 20 milyon 675 min ədəd təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 17% artıb. Ödəniş kartlarında debet kartlarının sayı19,5% artıb, kredit kartlarının sayı isə 0,1% azalıb. Ödənişkartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsirgöstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatlarınhəcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilənölkədaxili nağdsız ödənişlərin həcmi 9,301 milyon manat təşkiledib. Həyata keçirilən nağdsız ödənişlərin 8,071 milyon manatıelektron ticarətin payına düşür. Qalan məbləğin 1,224 milyon manatıPOS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminallarıvasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-nitəşkil edib. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələriüzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprelayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminallarınsayı 39.5% artıb.

Məqalədə:
Seçilən
0
50
az.trend.az

10Mənbələr