AZ

Çaylarda suyun səviyyəsi artıb

Mayın 27-si saat 09:00-a olan məlumata əsasən, avtomat hidroloji stansiyaların göstəricilərinə görə ölkənin müxtəlif çaylarında suyun səviyyəsində artım müşahidə olunub.

Bu barədə Sherg.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 16 sm, Əyriçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 8 sm, Kür çayının aşağı axınında Kür-Yevlaxda 17 sm, Kür-Zərdabda isə 25 sm artım qeydə alınıb.
Seçilən
0
49
sherg.az

10Mənbələr