Almaniya hakimiyyəti Ukraynaya müəyyən növ silahların tədarükü barədə ictimaiyyətə məlumat verməyəcək...
Poliqon xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Almaniyanın "Taurus" uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinə "həqiqətən nə etdiyimizi öyrənmək imkanı" verməyəcək. Eyni zamanda o, yardımın "Ukraynaya özünü effektiv müdafiə etmək imkanı verəcəyini" vurğulayıb.
Vaduful həmçinin Almaniya kansleri Fridrix Merzin əvvəllər dediyi kimi, Ukraynaya tədarük edilən uzaqmənzilli silahlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Kremlin qəzəbinə də cavab verib. O, Putinin danışıqlar masasına oturmaq üçün bir neçə imkanının olduğunu, lakin onlardan istifadə etmədiyini bildirib.
"Biz həmişə açıq şəkildə bildirmişik ki, bu cür davranış nəticəsiz qalmayacaq" deyən Vadeful əlavə edib ki, Almaniya özünü müdafiə edə bilməsi və rus təcavüzkarının müharibəni uğurla davam etdirməsinin qarşısını ala bilməsi üçün Ukraynaya hərbi dəstək verməyə davam edəcə.k.
Daha əvvəl Washington Post yazmışdı ki, ABŞ prezidenti Donald Trampın administrasiyası mümkün sülh danışıqlarını pozacağından ehtiyat edərək, Ukraynaya silah tədarükü ilə bağlı yüksək səslə bəyanatlardan yayınır. Nəşr qeyd edib ki, iyunun əvvəlində ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun mənzil-qərargahına gedəcək, burada xüsusilə hava hücumundan müdafiə sistemləri məsələsi müzakirə olunacaq.
Almaniya kansleri Fridrix Merz də Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-ın Ukraynaya bir sıra hərbi təchizatla bağlı məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Merz həmçinin Ukraynaya uzaqmənzilli silahların verilməsinin vacibliyini vurğulayıb. Almaniyanın Britaniya-Fransa Storm Shadow/SCALP-EG-nin analoqu olan bu raketlərdən 100-150-ni təmin edə biləcəyi gözlənilir.
Poliqon.info