Almaniyanın xarici işlər naziri Johann Uadephul ABŞ prezidenti Donald Trampın ÜDM-in 5 faizini NATO-ya xərcləmək təklifini müsbət qarşılayır. Uadephulun bu yöndə açıqlaması Almaniyada müzakirələrə səbəb olub. Berlin NATO daxilində liderlik etmək niyyətindədir.
Almaniya kansleri Fridrix Merz bu günlərdə Avropa ölkələrini gəzərək xüsusilə təhlükəsizlik və xarici siyasətə öz möhürünü vurmağa çalışır.
Merz hökumətin bəyanatında, "Məqsədimiz Almaniya və Avropanın birlikdə güclü olması və heç vaxt silahlarımızı istifadə etməməsidir. Bu məqsədlə NATO və AB daxilində daha çox məsuliyyət götürməyə hazırıq" deyib.
Merz bu niyyətini müdafiə naziri Boris Pistoriusla birlikdə Litvada yerləşən ölkəsinin əsgərlərinə baş çəkərək nümayiş etdirib . Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə NATO çərçivəsində xarici ölkələrdə qeyri-müəyyən müddətə qoşun yerləşdirir. Hazırda Litvada 400-ə yaxın alman əsgəri var və ilin sonuna qədər bu sayını 500-ə çatdırmaq niyyətindədir. 2027-ci ilə qədər briqada yaratmaq üçün əsgərlərin sayı 5 minə çatdırılacaq.