Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfrans iştirakçılarına müraciət ünvanlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.