Moskva vilayətində uşaqları daşıyan mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA Rusiya mediasına istinadən xəbər verir ki, mikroavtobus iki minik avtomobili ilə toqquşduqdan sonra aşıb.
Hadisə şahidlərinin sözlərinə əsasən, xəsarət alanlar arasında uşaqlar da var. Qəza nəticəsində azı 7 nəfər xəsarət alıb, bir uşaq həlak olub.
Əraziyə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib.