AZ

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı məlum olub

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ermənistanın Azərbaycanaqarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibəninhazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını vəqaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlamavə digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ErmənistanRespublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan vədigərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəməprosesinin baxış iclası mayın 23-də davam etdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Məhkəmə prosesi mayın 26-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Seçilən
0
49
az.trend.az

10Mənbələr