Baş nazirin sözlərinə görə, Ukrayna bu məqsədlə macar müxalifət partiyaları ilə əlaqə qurmağa cəhd edir və ictimai rəyə təsir göstərməyə çalışır. Orban iddia edir ki, bu cəhdlərin məqsədi macar xalqını Ukraynanın Aİ-yə qəbuluna razı salmaqdır.
"Ukrayna xüsusi xidmət orqanları Macarıstan ərazisində əməliyyat tədbirləri həyata keçirir ki, bizim maraqlarımıza zidd olaraq hökumətimizi qərar qəbul etməyə məcbur etsinlər", - deyə Orban qeyd edib. Onun sözlərinə görə, Ukrayna bu istiqamətdə böyük maliyyə vəsaitləri və ciddi resurslar sərf edir.
Hazırda Macarıstanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilir və iyunun ortalarınadək davam edəcək. Orban bildirib ki, Budapeşt bu məsələdə tələsik qərar verilməsinə qarşıdır və yalnız referendumun nəticələrinə əsaslanacaq.
İki ölkə arasında münasibətləri gərginləşdirən casus qalmaqalı 9 mayda daha da alovlanıb. Həmin gün Ukrayna Təhlükəsizlik Xidməti iki şəxsi Macarıstan hərbi kəşfiyyatına işləməkdə ittiham edərək saxlayıb. Ardınca Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarıb. Kiyev isə cavab olaraq iki macar diplomatı geri göndərib.
Macarıstan hökumətinin fikrincə, bu hadisələr Ukraynanın Macarıstanı gözdən salmaq və referendumun nəticələrinə inamı sarsıtmaq məqsədilə həyata keçirdiyi təxribatın bir hissəsidir. Budapeştə görə, Ukrayna bu yolla Macarıstanı guya sülhdən danışsa da, əslində qonşu ölkəyə qarşı müharibəyə hazırlaşan bir dövlət kimi təqdim etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31