AZ

PUA hücumları nəticəsində yüzlərlə sərnişin Moskva aeroportlarında qalıb

Moskva, 22 may, AZƏRTAC

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumları səbəbindən yüzlərlə sərnişin Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında qalıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, mayın 22-si səhər saatlarına olan məlumata görə, Vnukovoda azı 13, Domodedovoda isə 11 reys gecikib. Təyyarələrin qəbul edilməsində də gecikmələr qeydə alınır. Gözləmə otaqlarında çoxlu sayda sərnişin qalır. Onlardan bəziləri gecə vaxtı uçmalı idi, lakin uçuş vaxtı bir neçə dəfə təxirə salınıb.

Mer Sergey Sobyaninin verdiyi məlumata görə, mayın 22-də Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 28 PUA hücumunu dəf edib. Dağıntıların olduğu yerlərə təcili yardım xidmətləri cəlb olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
0
50
azertag.az

10Mənbələr