AZ

Bakıda tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

 

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

 

10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

 

11. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 

13. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
0
49
modern.az

10Mənbələr