Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposa ABŞ lideri Donald Trampın onun mövqeyini eşitdiyini deyib və görüşlərinin çox yaxşı keçdiyini qeyd edib.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ramaposa bunu Ağ Evdən çıxarkən jurnalistlərə görüşün necə keçdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Çox yaxşı", - CAR rəhbəri jurnalistlərə görüşün necə keçdiyini soruşduqda deyib.
CAR Prezidentindən həmçinin Trampın onun mövqeyini eşitib-eşitmədiyini soruşublar. "Bəli, eşitdi, hər şey çox yaxşı keçdi", - Ağ Evin mətbuat xidməti Ramaposadan sitat gətirib.