AZ

Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Bakı. Trend:

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksəknəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləriVətənə qayıdıblar.

Trend xəbər verir ki, onlarıHeydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlərvə idmançıların yaxınları qarşılayıblar.

“Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başavurublar.

Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11yaş, 38 kiloqram) dünya çempionu olub.

Oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kiloqram),Hüseyn Əliyev (13–15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər,65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, ƏliBaxışov (11–12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13–15 yaş, 70kiloqram) gümüş mükafata yiyələniblər.

Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cüyerin sahibi olub.

Seçilən
0
11
az.trend.az

10Mənbələr