Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının dəqiq vaxtı məlum olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin-Tramp telefon danışığı bu gün Moskva vaxtı ilə saat17:00-da baş tutacaq.
Onun sözlərinə görə, Trampla danışıqlar İstanbulda aparılan danışıqların nəticələri nəzərə alınmaqla keçiriləcək.