Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva kunq-fu üzrə dünya çempionatında uğurla çıxış edib.
Senzor.az Azərbaycan Kunq-Fu Federasiyasına istinadən bildirir ki, milli komandanın 11 yaşlı üzvü Əminə Əliyeva İtaliyanın Peruca şəhərində təşkil edilən turnirdə ölkəmizi layiqincə təmsil edib və dünya çempionu olub.