AZ

DİN: Ötən gün ayrı-ayrı vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Bakı, 17 may, AZƏRTAC

Mayın 16-da ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri oğurlanıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - deyə nazirlikdən qeyd olunub.

Seçilən
0
41
azertag.az

10Mənbələr