Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı ilə təqsirləndirilənlər vəkillərinin yanında əyləşərək iclasda iştirak ediblər.
Prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənlərə ittiham aktıni elan edib.
Təqsirləndirilənlər Zaur Əskərov və Gündüz Mirzəyev 8 ci kilometr bazarinda tanış olduqları, əvvəllər məhkum olunmuş Elşən Kərimovla tanıs olaraq AXCP-,nin "dostluq" votsap qruplaşmasina qoşularaq sərhlər yazıblar.
Həmin qruplasmalarda ani mesajlaşma vasitəsiylə dövlət əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Bununla da, onlar ölkədə konstitusion quruluşun dəyişdirlməsi ilə baglı cağırışlar ediblər.
Zaur Əskərov ittihamla özünü təqsirli bilməsədə digər təqsirləndirilən Günduz Mirzəyev özünü təqsirli bilərək törətdiyi əmələ görə peşiman olduğunu deyib.
Prosesin növbəti mərhələsində Zaur Əskərov və Gunduz Mirzəyevə sərbəst ifadələri üçün söz verilib.
Gündüz Mirzəyev ifadəsində bildirib:"İstintaq materiallarina əlavə edilmis səs yazılarım 2020-ci ilə təsadüf edir.Bilmədən,savadsızliğimdan belə bir məzmunda çixışlar etmişəm.Əvvəllər məhkum olunmuşam,həbsdən sonra AXCP-yə qoşulmuşam bir müddət sonra partiya siralarından ayrılmışam.Səmimi peşimanam.Düşünürdüm ki,itirilmis hüquqlarımın bərpası ancaq bu yolla mümkündur,lakin zaman keçdikcə gördüm ki,bu belə deyil"
Digər təqsirləndirilən Zaur Əskərov istintaqa verdiyi ifadəsini təsdiq edərək sərbəst ifadədən imtina edib.
Təqdirlənirilənə verilən suallardan bəlli olub ki,o da həmçinin AXCP-nin votsapp "dostluq"qrupunun üzvu olub.Həmin qrupda müəyyən çağırışları görsədə özünun bilavasitə dövlət əleyhinə hər hansı bir çağırış etmədiyini deyib.
Rusiya vətəndaşı olan ,hazırda həbsdə olan Elşən Kərimov komvoyun müşayəti ilə prosesdə şahid kimi ifadə verib.O da həmcinin ibtidai istintaqa verdiyi ifadəsinin təsdiq edib.Rəhbəri olduğu "Azərbaycan naminə"ictimai birliyinin əsasəs Rusiya ərazisində fəaliyyət göstərdiyini vurğulayaraq,əsas məqsədlərinin isə Rusiyada yaşayan həmyerlilərimizin müəyyən problemlərindən məlumatlanmaq olub.Həmçinin dövlət əleyhinə hər hansı bir çağırışlar etmədiyini də deyib.
Növbəti proses mayın 22-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Seymur Əli