AZ

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru Yaqut Müseyibli işdən çıxarılıb.

Aznews.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Bakı şəhəri, 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Seçilən
0
27
aznews.az

10Mənbələr