AZ

Bəzi çaylarda sululuq artıb

Bəzi çaylarda sululuq artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.
 
 

Seçilən
0
49
7news.az

10Mənbələr