BAKI, TurkicWorld
İndoneziyanın Şimalı Sumatra vilayətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri təxminən 35 min nəfərin yaşadığı Mulaboh şəhərindən 111 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 76 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.