UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Publika.az xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, "Betis" ilk oyunda 2:1 hesablı qələbə qazanmışdı.
“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”i öz meydanında 1:0 hesabı ilə məğlub edib.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2