Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, “Çelsi” doğma meydanda “Yurqorden”i sınağa çəkib. London klubu bu görüşdə minimal hesabla qalib gələrək finala vəsiqəni təmin edib.
“Fiorentina” isə doğma meydanda “Betis”lə müsanibətlərinı aydınlıq gətirib. Florensiya təmsilçisi bu görüşdə də İspaniya klubuna məğlub olaraq finaldan kənarda qalıb.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2
Qollar: Antoni, 30, R. Gosens, 38,42, A. Ezzalzouli, 97
İlk oyun - 1:2.
23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) - 1:0
Qollar: K. Devsburi-Hall, 38
İlk oyun - 4:1.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.